Novruz Məmmədovdan qərar - Yeni mərkəz yaradılır


10:22     16 Oktyabr 2018 18_10_16_1539670994.jpg


Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib.

Femida.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla həmçinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnaməsi və strukturu təsdiq edilib.

Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilib.

Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, işçilərin say həddinin müəyyən edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə tapşırılıb.
Qərarda bildirilir ki, Agentlik:

Balansında olan əmlakdan Mərkəzin fəaliyyətini təmin etmək üçün müvafiq əmlak ayırsın və həmin əmlakı bir ay müddətində Mərkəzin balansına versin;

Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etsin;

Bu qərardan irəli gələn digər məsələləri həll etsin.

Mərkəzin ilkin nizamnamə fondu 500 min manat məbləğində müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 363