Bakıda avtobus piyadanı vurub öldürdü


10:24     16 Oktyabr 2018 piyada59.jpg

Bakıda marşrut avtobusunun vurduğu piyada ölüb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Abışov Elman Dadaş oğlunun idarə etdiyi "Daewoo" markalı, 108 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusla yolu keçən Çingiz Haqverdiyevi vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Haqverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.


Femida.az

Açar sözlər:

Oxunub: 254