Ümumdünya Qida Günüdür - VİDEO


10:30     16 Oktyabr 2018 2018/10/AQTA_1539671350.jpg

16 oktyabr “Ümumdünya Qida Günü” kimi qeyd edilir.

Femida.az xəbər verir ki, 16 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO təsis olunub. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün “Ümumdünya Qida Günü”nün şüarını “Sıfır aclıq” (“Zero Hunger”) olaraq təyin edib. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirməklə 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.

16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Agentlik vətəndaşların Ümumdünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx təqdim edib.



Femida.az

Açar sözlər: #aqta   #qida  

Oxunub: 756