Neft Fondunun 9 aylıq gəlir və xərcləri
10:41 16 Oktyabr 2018
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar–sentyabr ayları ərzində büdcə gəlirləri 14 milyard 437,2 milyon manat, büdcə xərcləri isə 8 milyard 5,9 milyon manat təşkil edib.
ARDNF-dən Femida.az-a bildirilib ki, 9 ay ərzində Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 milyard 441,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 milyard 658,1 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 14,2 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 995,6 milyon manata bərabər olub.
Üç rübdə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 788 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait ayrılıb. Beş milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 968,7 milyon manat olub.
Bu il oktyabrın 1-ə Neft Fondunun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 8,88 faiz artaraq 38 milyard 987,7 milyon dollara bərabər olub. Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına formalaşıb.
Femida.az
Oxunub: 389
Oxşar xəbərlər
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Neftçalada 12 yaşlı yeniyetmə kollektorda boğulub
- Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb
- Neftçalada 3 nəfər bıçaqlanıb
- Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürüb
- Neftçalada 51 yaşlı kişi bıçaqlanıb
- Neftçalada sevdiyi qızın ölümünə dözməyən gənc özünü asıb
- Neftçalada 23 yaşlı gənc intihar edib
- Neftçalalı tələbənin Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilir