Paşinyan və Trüdo Ermənistan bayrağını corab kimi geyindi - FOTOLAR


11:35     16 Oktyabr 2018 2018/10/44259736_189676318596354_7418087447147315200_n_1539675906.jpg


Daha əvvəl Kanadanın baş naziri Castin Trüdonun rəngli corab sevgisi haqqında və Ermənistana səfəri zamanı bu ölkənin bayrağına uyğun corab geyinəcəyi barədə xəbər vermişdik.

Femida.az-ın məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyan Trüdonun səfəri zamanı ona Ernmənistan bayrağının çalarlarında olan corabları hədiyyə edib və ayağına geyməsini xahiş edib.

"Mən cənab Trüdo ilə necə yarışa biləcəyimi düşünürdüm. Zənnimcə mən selfilərimlə, o isə corabları ilə tanınır. Yaxşı dostluq təməlləri atmaq üçün Ermənistanda bir şirkət bizə bu corabları hədiyyə etmək qərarına gəlib. Hörmətli Baş nazir, bu corablardan biri mənimdir, digəri sizin".

Qeyd edək ki, baş nazirlər oktyabrın 13-də keçirilən şam yeməyində sözügedən corabları geyiniblər.











Amin Nəzərli

Femida.az

Açar sözlər: #Paşinyan   #Ermənistan   #Kanada   #bayraq   #corab   #Trüdo   #baş_nazir   #siyasət  

Oxunub: 3153