Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu


12:07     16 Oktyabr 2018 18_10_16_1539677308.jpg

Sentyabrın 16-da Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.


DİN-dən Femida.az -a verilən xəbərə görə, yanğın söndürülüb, xəsarət alan olmayıb. ​Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.

​Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

Açar sözlər:

Oxunub: 390