Ukraynada iki lokomotiv toqquşub - Ölənlər var


12:46     16 Oktyabr 2018 2018/10/15396734726283937415_1000x669_1539678246.jpg

Ukraynanın Dnepropetrovsk vilayətində iki lokomotivin toqquşması nəticəsində azı 3 nəfər həlak olub.


Hadisə bu gün səhər saatlarında Krivoy Roq şəhərində şimal dağ-mədən kombinatının karxanasında qeydə alınıb.

Hadisə nəticəsində ölənlərin 50, 48 və 35 yaşlarında olduğu bildirilir. Bir nəfər isə ağır xəsarət alıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 275