Ermənistan sərhədini keçən türkiyəli tutuldu


12:57     16 Oktyabr 2018 2018/10/serhed-ermeni_1539678449.jpg

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxsi saxlayıb.



Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, Gümrü sərhəd zastavasının növbətçiləri dövlət sərhədini pozan şəxsi aşkar ediblər. Az müddət sonra sərhədçilər həmin şəxsi saxlayıb.

Türkiyə vətəndaşı olan şəxsin sərhədi nə məqsədlə pozması araşdırılır.

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 322