“3-cü sinif dərsliyində erotikadan bəhs edilir” - Aqil Abbas

“3-cü sinif dərsliyində erotikadan bəhs edilir” - Aqil Abbas


14:11     16 Oktyabr 2018 18_10_16_1539684719.jpg


“Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.

Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayır: "Həmin dərsliklər mənasız şeir və nağıl yığınıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar. Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, valideynlər uşaqlarını rus dilini bölməsinə qoyurlar. Çünki orada belə şeylər yoxdur”.

Femida.az

Açar sözlər: #Aqil_Abbas   #Milli_Məclis   #deputat  

Oxunub: 199