“3-cü sinif dərsliyində erotikadan bəhs edilir” - Aqil Abbas
14:11 16 Oktyabr 2018
“Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.
Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayır: "Həmin dərsliklər mənasız şeir və nağıl yığınıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar. Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, valideynlər uşaqlarını rus dilini bölməsinə qoyurlar. Çünki orada belə şeylər yoxdur”.
Femida.az
Oxunub: 429
Oxşar xəbərlər
- Müdafiə Nazirliyindən Aqil Abbasın fikirlərinə MÜNASİBƏT
- "Əmim nəvəsi soğandan bir milyon qazanıb" – Aqil Abbas (VİDEO)
- “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas
- `Utanmayın, zəng edin` - Aqil Abbas
- “Dağıstanın deputatları bizdən çox maaş alır” – Aqil Abbas
- “Ermənilər Azərbaycanda deputat seçilə bilər” – Aqil Abbas
- `Şəhid məzarlarından bayraq asılsın!`- Aqil Abbasdan təklif
- “Mitinqlər insanlar üçün vaxt itkisidir” – Aqil Abbas
- “Xainlər cəzalandırılmalıdır” - Aqil Abbasdan Ərdoğana dəstək
- Aqil Abbasın oğluna yeni vəzifə verildi