“91-lər” kim idi? - SİYAHI

“91-lər” kim idi? - SİYAHI


14:02     16 Oktyabr 2018 2018/10/Heydər_Əliyevin_91-lərlə_görüşü_1539684877.jpg

Bu gün 91 nəfər ziyalının mərhum dövlət başçısı Heydər Əliyevə müraciətindən 26 il ötür.



Femida.az xəbər verir ki, 1992-ci ilin 16 oktyabrında 91 nəfər tanınmış Azərbaycan ziyalısı, ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edir.

Heydər Əliyevi açıq və fəal mübarizəyə səsləyən ziyalıların müraciəti "Səs" qəzetində çap olunur.




Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibəti ilə keçirlən təntənəli yığıncaqda nitqində belə deyirdi:

"91-lərin mənə müraciətindən əvvəl - ondan bir xeyli vaxt əvvəl - Sirus Təbrizli böyük bir məqalə dərc etdirmişdi ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə qarşıladım, qəbul etdim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının - ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə mənim cavabım oldu. Bunlar hamısı o vaxt bizi yeganə müdafiə edən "Səs" qəzetində dərc olundu. Ondan sonra, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması üçün təsis konfransı keçirildi".

(YAP-ın qurultayına dəvət alan "91-lər")





Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə bu sözləri deyirdi:

“91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına - dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, 91-lərin müraciəti, - sizinlə açıq danışıram, - mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsiniz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular”.


(Heydər Əliyevin 1997-ci ildə 91-lərlə görüşü)



91-lər ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː

"Partiyanın yaranma prosesini sona çatdıran 91-lərin mənə ünvanlanmış məktubudur. Mən bu 91 şəxsi çox yüksək qiymətləndirirəm, onların hamısına öz hörmət və ehtiramımı, xüsusi minnətdarlığımı və təşəkkürümü bildirirəm. 91-lərdən həyatını dəyişənlər var - Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xəlil Xəlilov. Onların gördükləri işlər, xidmətlər bizim partiyanın və hər bir şəxsin, o cümlədən mənim qəlbimdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin. Mən bilirəm ki, onlar bəlkə də o vaxt bunu mənə deməmişdilər, amma bunu mən sonralar bildim. Bu 91-lər həqiqətən çox cəsarətli adamlar olmuşlar. Çünki bu məktubu hazırlayıb, bu məktubla həmrəy olmaq istəyən adamlarla danışıq aparanlar bəziləri ilə danışmışlar, görüşmüşlər, ancaq onlar həmin məktuba imza atmaqdan imtina etmişlər".




Bəs, 1992-ci il oktyabrın 16-da ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən Azərbaycan ziyalıları kimlər idi?

Femida.az 91 nəfər ziyalının siyahısını təqdim edir:

1. Ziya Bünyadov.
2. Fərəməz Maqsudov.
3. Ömər Eldarov.
4. İqrar Əliyev.
5. Kərim Kərimov.
6. Məmmədtağı Cəfərov.
7. Sabir Hacıyev.
8. Xəlil Rza Ulutürk.
9. Sirus Təbrizli.
10. Zeynəb Xanlarova.
11. Əli Ömərov.
12. Eldar İbrahimov.
13. Mixail Zabelin.
14. Əlfəddin Abdullayev.
15. Murtuz Ələsgərov.
16. Əkbər Bayramov.
17. Zahid Qaralov.
18. Həsən Quliyev.
19. Adil Qasımov.
20. Əjdər İsmayılov.
21. Fikrət İsmayılov.
22. Şahlar Əsgərov.
23. Mübariz Əhmədov.
24. Əli Nuriyev.
25. Ədalət Fərəcov.
26. Həsən Mirzəyev.
27. Zahid Xəlilov.
28. Vilayət Əliyev.
29. Abbas Səmədov.
30. Ağababa Mahmudov.
31. Şəmistan Mikayılov.
32. Səfiyar Musayev.
33. Əsədulla Qurbanov.
34. Musa İlyasov.
35. Tələt Qayıbov.
36. Məmməd Məmmədov.
37. Rafiq Əminzadə.
38. Lalə-Şövkət Hacıyeva.
39. Eldar Abbasov.
40. Əli İnsanov.
41. Fuad İsmayılov.
42. Əlişir Musayev.
43. Hüsü Kərimov.
44. Rafiq Məmmədhəsənov.
45. Məmməd Nəsirov.
46. İbrahim İsayev.
47. Faiq Səfərov.
48. Sudeyf İmamverdiyev.
49. Liliya Luqovaya.
50. Hacıbala Abutalıbov.
51. Novruz Quliyev.
52. Əmir Mərdanov.
53. Sabir Xəlilov.
54. Pənah Mahmudov.
55. İsgəndər Quliyev.
56. Zakir Sərdarov.
57. Əli Əhmədov.
58. Əli Nağıyev.
59. Maqsud Nəcəfov.
60. Heydər Hüseynov.
61. Nəbi Əsgərov.
62. Allahverdi Hacıyev.
63. Tofiq Hüseynov.
64. Məmməd Məmmədov.
65. Musa Heydərov.
66. Hacı Hacıyev.
67. Nəzir Əhmədov.
68. Allahyar Hüseynov.
69. İbrahim Əzizov.
70. Aydın Əhmədzadə.
71. Vidadi Acalov.
72. Səbir Dünyamalıyeva.
73. Georqi Savoskin.
74. Lüdviq Muradov.
75. Rəfael Allahverdiyev.
76. Asif Cahangirov.
77. Rafiq Qasımov.
78. Kərim Kərimov.
79. Munis Bayramov.
80. Möhsün Möhsünov.
81. Ağabəy Əsgərov.
82. Vüqar Rəhimzadə.
83. Rizvan Cəbiyev.
84. Ariz Abduləliyev.
85. Əziz Axundov.
86. Mirzə Əsgərov.
87. Xeyrəddin Qoca.
88. Səlahəddin Quliyev.
89. Ziya Paşa.
90. Vüqar İsmayılov.
91. Tahir Məmmədov.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 8601