Füzulidə top mərmisi tapılıb
14:37 16 Oktyabr 2018
Füzuli rayonu, Birinci Zobucuq qəsəbəsi ərazisində mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a bildirilib ki, qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 30 mm-lik zenit top mərmisi (BR-30) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 302
Oxşar xəbərlər
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Füzulidə velosiped sürən gənci avtomobil vurub
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
- Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb
- Füzulidə qızını öldürən ata tutulub
- Füzulidə traktor minaya düşüb