Astarada evlərdən oğurluq edilib
14:48 16 Oktyabr 2018
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən qızıl zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb. Saxlanılarkən həmçinin onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə Astara şəhər sakini R. Heydərov yaşadığı evdən “Samsung” markalı mobil telefonun oğurlanması ilə bağlı RPŞ-yə müraciət edib. Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib və o saxlanılaraq Astara RPŞ-yə gətirilib.
Polis şöbəsində onun üzərinə keçirilən baxış zamanı 12 bükümdə ümumi çəkisi 1,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E. Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 2 yaşayış evindən oğurluq etdiyi də məlum olub. Onun rayonun Qamışovka kəndindəki bir evdən 6000 manat dəyərində qızıl zinət əşyaları, Astara şəhəri ərazisindəki digər mənzildən isə bir ədəd qızıl üzük oğurladığı müəyyən edilib.
Femida.az
Oxunub: 284
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub