Məcburi hamiləliyə görə ağır cəza var – DİQQƏT!


14:42     16 Oktyabr 2018 zorlama_tehsil_idaresi.jpg

Mətbuatda tez-tez zorlama xəbərlərinə rast gəlinir. Bəs qarşı tərəfə cinsi zorakılıq edən şəxsi hansı cəza gözləyir?


Femida.az xəbər verir ki, cinayət məcəlləsində Cinsi zorakılıq bölümündə şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri edən şəxsləri on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Bəs qızın razılığı olmadan onu məcburi hamiləliyə sövq edən kişini hansı cəza gözləyir?

Hər hansı əhalinin etnik tərkibini dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn başqa ciddi pozuntuları ilə müşahidə olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum etmə -on iki ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Miri Məcidli
Femida.az

Açar sözlər: #zorlama   #İntim   #femida   #hüquq   #qanun   #Cinayət_Məcəlləsi   #Hüquqşünas  

Oxunub: 3646