İranlı general: “İran donanması 700 km mənzilli ballistik raketlərə sahibdir”


21:05     16 Oktyabr 2018 rakettt%20generel.jpg

“İran donanması dənizdən 700 km-ə qədər məsafəni vura bilən ballistik raketləri arsenalına daxil edib”.

Femida.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun komandanı general Əmir Əli Hacızadə bildirib.

O qeyd edib ki, İran istehsalı olan raketlərin mənzili bu gün 200 km-dən 2000 km-ədək dəyişir və hədəflərini yülsək dəqiqliklə vurmağa qadirdir.

Hacızadə, həmçinin İranın PUA proqramı barədə də danışaraq qeyd edib ki, həmin PUA-lardan Suriyada İŞİD-ə qarşı həyata keçirilən 700-ə qədər hərbi əməliyyatda istifadə edilib.

Açar sözlər:

Oxunub: 333