İlham Əliyev baş nazirlə görüşdü


19:13     10 Oktyabr 2015 gorush2-620x330.jpg

Azərbaycanın prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.


Femida.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunuldu.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edildi.

Açar sözlər:

Oxunub: 701