Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı


18:14     16 Oktyabr 2018 18_10_16_1539689847.jpg

Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.

Femida.az xəbər verir ki, bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.

Qeyd olunur ki, "MAPP Çernışevskoye" şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.

Tədarükün dayandırılması müddəti açıqlanmayıb.

Açar sözlər:

Oxunub: 387