Nazirlik 9 mindən çox əlil və uşaqlara xidmət göstərib

Nazirlik 9 mindən çox əlil və uşaqlara xidmət göstərib


15:53     16 Oktyabr 2018 2018/10/25151_1539690788.jpg


2018-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 9083 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.

Həmin şəxslərə nazirliyin bərpa mərkəzlərində və müalicə pansionatında stasionar və ambulator şəraitdə xidmətlər göstərilib, fizioterapevtik müalicə üsullarını əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.

5870 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib.

Həmçinin Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində protezləşməyə hazırlanma, protezlə hərəkət edilmənin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri göstərilib.

Femida.az

Açar sözlər: #ƏƏSMN   #sosial   #nazirlik  

Oxunub: 159