Dərbəndə yeni mer seçildi - Yenə azərbaycanlı deyil


15:55     16 Oktyabr 2018 2018/10/xizri-derbend_1539691218.jpg

Dərbənd şəhərinin yeni meri seçilib.


Femida.az-ın məlumatına görə, bu gün Şəhər Bələdiyyə Şurasının deputatları Xizri Abakarovu yekdilliklə Dərbənd meri seçiblər.

X.Abakarov Rusiya Federasiyası Federasiya Şurasının üzvü Süleyman Kərimovun köməkçisi olub.

Qeyd edək ki, Xizri Abakarov milliyətcə avardır. Lakin Dərbəndin 60%-i Azərbaycan türklərindən ibarət olsa da, 1994-cü ildən sonra şəhərə azərbaycanlı mer təyin olunmayıb.


Oğuz Altay

Femida.az

Açar sözlər:

Oxunub: 1826


Oxşar xəbərlər