Bağça müdiri barəsində cinayət işi açıldı - Müavini həbs olundu
16:13 16 Oktyabr 2018
Azərbaycanda bağça müdiri, müdirin müavini və bağçanın işçisi barəsində cinayət işi başlanılıb.
Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Həmin şəxslərdən - Aləmzar Əliyeva barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məlumata görə, T.Bağırova və müdir müavini A. Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.
T.Bağırova və A. Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib.
Cinayət işində 19 zərərçəkmiş var.
Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin hazırlıq iclası hakim Novruz Kərimovun sədrliyi ilə oktyabrın 22-də başlayacaq. / Report
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Uşaq bağçalarına qəbul iyul ayından başlayacaq
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Rusiya hərbçiləri uşaq bağçasını atəşə tutub, ölənlər var
- Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq
- Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
- Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
- Bağçada azyaşlını döyən tərbiyəçi işdən çıxarılıb - RƏSMİ
- Bu gün "Qalatasaray" - "Fənərbağça" derbisi olacaq