Adam öldürməyə cəhd edən mühafizəçiyə hökm oxundu
21:55 16 Oktyabr 2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Məmmədov beş il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Bakı şəhərinin mərkəzində yerləşən “Leo disko” gecə klubunda baş verib. Klubda əylənən M.Məmmədovla həmin məkanda olan Hüseyn Hüseynov arasında mübahisə yaşanıb.
Mübahisə nəticəsində M.Məmmədov H.Hüseynova güc tətbiq edib. Tərəfləri ətrafdakılar sakitləşdirilib.
Daha sonra başqa bir məkanda M.Məmmədov yenidən H.Hüseynovla üz-üzə gəlib. O, H.Hüseynovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, M.Məmmədov “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub. 2017-ci il iyunun 8-də, səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə, mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.
Xuliqanlıqda təqsirləndirilən M.Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Oxunub: 1040
Oxşar xəbərlər
- Adam oğurluğunda ittiham edilən şəxslərlə bağlı gözlənilməz QƏRAR
- Adam öldürüb qaçan şəxs 13 il sonra tapıldı
- Adam öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılacaq
- Adam oğurluğunda ittiham edilən dəstənin məhkəməsi başlayır
- Adam böyüklüyündə tısbağa 99 yaşında + VİDEO
- Adam oğurluğuna görə axtarışda olan şəxs saxlanılıb
- Adam döyüb pul tələb etdi, tutuldu