Fərdi sahibkarların sayı 826 mini ötüb

Fərdi sahibkarların sayı 826 mini ötüb


17:59     16 Oktyabr 2018 yoxlama8.jpg

Oktyabrın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 826 mini keçib.


Dövlət Statistika Komitəsindən Femida.az-a bildiriblər ki, hesabat dövründə hər altı fərdi sahibkardan beşi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,1 faiz), Aran (20,6 faiz), Gəncə-Qazax (13,8 faiz) və Lənkəran (10,0 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,5 faizi kişilər, 21,5 faizi isə qadınlardır. Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26,9 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,6 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

Sahibkar qadınların 32,2 faizi Bakıda, 17,4 faizi Aran, 16,7 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,9 faiz), Gəncə-Qazax (26,0 faiz), Şəki-Zaqatala (21,6 faiz) və Lənkəran (22,4 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 171