Bu il 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib
17:52 16 Oktyabr 2018
2018-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 9083 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, həmin şəxslərə nazirliyin bərpa mərkəzlərində və müalicə pansionatında stasionar və ambulator şəraitdə xidmətlər göstərilib, fizioterapevtik müalicə üsullarını əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.
5870 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib. Həmçinin Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində protezləşməyə hazırlanma, protezlə hərəkət edilmənin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri göstərilib.
Femida.az
Oxunub: 318
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir