Qaxda yol tikintisinə 15,1 milyon manat ayrıldı


19:07     16 Oktyabr 2018 baki%20sumqayit%20alternativ%20yol.jpg

Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 349