İlham Əliyevdən yeni TƏYİNATLAR


19:20     16 Oktyabr 2018 bc65fbd10d42fc6aef3prezident.jpg


Azərbaycan Prezidenti İlham Əliyev bir sıra vəzifələrə təyinatlar edib.
Femida.az xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamına əsasən, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin olunub.

Bundan əlavə, Prezident İlham Əliyev Fəxrəddin İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Emin Yaqub oğlu Eyyubov isə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezidentin imzaladığı növbəti sərəncam əsasında Qaya Məmməd oğlu Məmmədov isə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsinə təyinat alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 889