Tramp daha bir ölkəyə xəbərdarlıq etdi


22:48     16 Oktyabr 2018 tramp4.jpg

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib.

Femida.az bildirir ki, o özünün " Twitter" səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

"ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 366