Bakıda maşın hasara çırpıldı - Sürücü öldü


09:16     17 Oktyabr 2018 1439273680_agaca.jpg

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.



FHN-dən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1986-cı il təvəllüdlü Məmmədov Tehran Akif oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 383