Bağlı qapı arxasında qaldı


09:19     17 Oktyabr 2018 bagli%20qapi%20fhn4.jpg

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 335