Camalı konsulluqda öldürən 5 nəfər məlum oldu


10:36     17 Oktyabr 2018 18_10_17_1539758221.jpg

Türkiyəli rəsmilər səudiyyəli jurnalist Camal Kaşıkçının ölümündə şübhəli bilinən 5 şəxsin kimliyini müəyyənləşdiriblər.


ABŞ-ın “New York Times” qəzeti bununla bağlı sensassion iddia irəli sürüb.

Qəzetin yaydığı məlumata görə, şübhəlilərdən biri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Paris, Madrid, Hyuston, Boston və BMT-yə səfərləri zamanı müşayiət edən və şahzadəyə yaxın biridir.

Şübhəlilərdən digər üçü də şahzadə ilə yaxın əlaqələrə malikdir. Beşinci şübhəlinin isə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi və Tibbi Ekspertiza İdarəsində çalışan yüksək rütbəli məmur olduğu deyilir.

Qeyd olunub ki, bütün bunlar cinayətin şahzadə Məhəmməd bin Salmandan xəbərsiz törədildiyi iddialarını təkzib edir.(azvision.az)

Açar sözlər:

Oxunub: 528


Oxşar xəbərlər