Qarabağ uğrunda canımdan keçməyə hazıram – Hülusi Kılıçdan göz yaşardan sözlər

"Qarabağ uğrunda canımdan keçməyə hazıram" – Hülusi Kılıçdan göz yaşardan sözlər


11:08     17 Oktyabr 2018 18_10_17_1539760204.jpg

“Ermənistan-Türkiyə sərhədi Azərbaycana görə bağlanıb”

Femida.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib.

Azərbaycanı Respublika günü münasibəti ilə təbrik edən sabiq səfir, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Ermənistan-Türkiyə sərhədini biz Azərbaycana görə bağlamışıq. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur”.

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hülusi Kılıç həmçinin həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ-ın İrəvandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf etmişdi.

Açar sözlər: #Türkiyə   #Azərbaycan   #qarabağ   #Kılıc  

Oxunub: 9643