İrana gedən azərbaycanlıların sayı artıb
11:18 17 Oktyabr 2018
Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 3 milyon 562,9 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Femida.az-a bildirilib ki, ölkə vətəndaşlarının 30,7 faizi İrana, 30,3 faizi Gürcüstana, 19,4 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 66,4 faizi kişilər, 33,6 faizi qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 53,2 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1,4 faiz, Türkiyəyə gedənlərin sayı 1,3 faiz azalıb.
Üç rübdə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Femida.az
Oxunub: 490
Oxşar xəbərlər
- İrana getmək üçün hansı sənədlər tələb olunur?
- İrana getmək istəyənlərin nəzərinə
- İrana yeni təyin olunan səfir Prezidentə təşəkkür etdi
- İrana səfər etməyin şərtləri açıqlandı
- İrana məxsus gəmi vuruldu - SON DƏQİQƏ
- İrana gedən azərbaycanlıların sayı 61,8 faiz artıb
- İrana gedən azərbaycanlıların sayı 71,4 faiz artıb
- İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü
- İrana gedən azərbaycanlıların sayı artıb
- İrana gedən azərbaycanlıların nəzərinə! - Agentlikdən quş qripi xəbərdarlığı