Rusiyadan silahla gələn şəxs gömrükdə saxlanıldı - FOTO
11:45 17 Oktyabr 2018
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a daxil olan məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı metal dedektordan keçərkən cihazın reaksiyasına əsasən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə - apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib.
Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1129
Oxşar xəbərlər
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
- Rusiyadan qayıdan kişi müəllim arvadını niyə öldürdü? - Zaqataladakı cinayətin təfərrüatı
- Rusiyadan Azərbaycana ekstradisiya edilən şəxsin məhkəməsi başlayır
- Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur
- Rusiyadan Telman İsmayılovla bağlı yeni qərar
- Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib
- Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir
- Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb