Bakıya və rayonlara yağış yağır — Faktiki hava


11:57     17 Oktyabr 2018 yagis%20femida.jpg

Oktyabrın 16-sı axşamdan 17-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı axşamdan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-27, Astarada 4, Neftçala, Göyçay, Şamaxıda 0.4-1 mm olub.

Femida.az

Açar sözlər:

Oxunub: 606