Sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu - FOTOLAR
12:05 17 Oktyabr 2018
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.
DİN-dən Femida.az-a verilən məlumata görə, nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.
Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza ilə bağlı əlavə istintaq tədbirləri davam etdirilir.
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə tövsiyyə olunur ki, insan ölümünə səbəb olan bu cür qəzaların qarşısını almaq üçün avtobusları sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmayan sürücülərə etibar etməsinlər. Əks halda həmin şirkətlərin məsul əməkdaşları da qanunla nəzərdə tutulduğu qaydada məsuliyyətə cəlb olunacaqlar.
Femida.az
Oxunub: 632
Oxşar xəbərlər
- BNA Bakıda avtobus sərnişindaşıması ilə məşğul olan bəzi şirkətlərə bir ay vaxt verib
- Rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
- DİN: "Sərnişindaşıma ilə bağlı tələbləri pozan şəxslər cərimələnəcək"
- "Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq
- DANX sərnişindaşıma ilə bağlı müsabiqə keçirir
- Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü cərimələndi
- Qanunsuz sərnişindaşıma ilə məşğul olan 7 taksi sürücüsü həbs edildi
- Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 69% azalıb
- BNA sərnişindaşımaya nəzarəti gücləndirdi
- “Bakı Metropoliteni”: 4 iyul saat 00:00-dan metroda sərnişindaşıma fəaliyyəti dayandırılır