Sürüşmə davam edir: Bir ev tamamilə uçdu
12:37 17 Oktyabr 2018
Badamdarda sürüşmə davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən Femida.az-a verilən məlumata görə, 17 oktyabr 2018-ci il tarixində səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib. Sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.
Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.
Eyni zamanda bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşlar qoparaq asfalt üzərinə tökülüb. Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil.
Femida.az
Oxunub: 1181
Oxşar xəbərlər
- Badamdar dağında yanğın olub
- FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat yaydı
- Badamdarda sürüşmə davam edir
- Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- Badamdarda sürüşmənin qarşısını almaq üçün layihənin icrasına başlanılıb
- Nazirlik: Badamdarda baş verən hadisə sürüşmə deyil, uçqundur
- Badamdarda yenidən sürüşmə olub
- FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb
- Torpaq Badamdara gedən yolu tamamilə bağladı
- ETSN: Badamdardakı sürüşmə sahəsində aktivlik müşahidə olunur