Şəhid anasının şikayəti araşdırıldı - Nazirlik sənədləri üzə çıxardı


13:18     17 Oktyabr 2018 2018/10/sehid-anasi_1539767980.jpg

Şəhid hərbi qulluqçu Allahyarov Hüseyn Ələkbər oğlunun anası Səlminaz Allahyarovanın bir neçə gün öncə mətbuatda dərc olunan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb.

Femida.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat yayıb.

Səlminaz xanım Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona vaxtilə sığorta ödənişi edilmədiyini iddia edir. “Deyirlər pulu ərin alıb, o da oğlumdan qabaq ölüb...” deyə, indiyədək həmin qurumdan heç bir sığorta ödənişi almadığını bildirib.

Şəhid anasının bu narazılığı ilə bağlı araşdırma aparılarkən Səlminaz Allahyarovaya sığorta ödənişinin verildiyi sənədlər əsasında təsdiqini tapıb.

Belə ki, Zaqatala rayon dövlət notariat kontoru tərəfindən 1997-ci il 15 oktyabr tarixində reyestrdə qeydiyyata alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən şəhid Allahyarov Hüseyn Ələkbər oğlunun vərəsəsi kimi anası Allahyarova Səlminaz Cavad qızı “Şəhid ailəsi üçün 50000 manat sığorta pulu”, eyni zamanda 1998-ci il 28 dekabr tarixində reyestrdə qeydiyyatda alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən “Özəlləşdirmə payı almaq üçün” vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.

Həmçinin, Səlminaz Allahyarova qardaşı Səmədov Cövdət Cavad oğlunun şəhid hərbi qulluqçu olması ilə əlaqədar əvvəllər onlara hər hansı ödəniş edilmədiyini də bildirib. Amma Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 14 aprel tarixində reyestrdə qeydiyyatda alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən şəhid Səmədov Cövdət Cavad oğlunun vərəsəsi kimi anası Səmədova Gülüzar Bayram qızı “Şəhid ailəsi üçün 50000 manat sığorta pulu” vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.







Femida.az

Açar sözlər:

Oxunub: 2207