3 evi yardı, narkotiklə tutuldu


13:44     17 Oktyabr 2018 maska_ogru_0489.jpg

Kriminalistik Tədqiqatlar İdarəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-dan oktyabrın 11-dək olan müddətdə rayon ərazisindəki 3 evdən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 337