7 nəfərə 34 min pul "atdı" - Sumqayıtda dələduzluq


14:13     17 Oktyabr 2018 manat1.jpg

Oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər cari ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər.


DİN-dən Femida.az-a verilən xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib. C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 453