Nazir Mingəçevirdə vətəndaşları qəbul etdi


15:26     17 Oktyabr 2018 18_10_17_1539775712.jpg


Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul etdi.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi.

Mingəçevirdən qəbula yazılan sakinlər şəhərdəki Mərkəzi kitabxanaya tibb, iqtisadiyyat, tarix, turizm və dilçiliyə aid yeni ədəbiyyatların verilməsi, şəhər Mədəniyyət mərkəzinin Xalq yaradıcılığı filialına yenidən Xan Şuşinskinin adının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.

Femida.az

Açar sözlər:

Oxunub: 403