Ermənistan Daxili Qoşunlarında narazılıq artır
15:33 17 Oktyabr 2018
Ermənistanın Daxili Qoşunlarında narazılıq artmaqdadır.
Femida.az xəbər verir ki, Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, Ermənistan polisləri sərhəd bölgəsində xidmətdən imtina edir.
Bu ilin avqustunda baş nazir Nikol Paşinyan polis əməkdaşlarının Azərbaycan-Ermənistan sərhədində 15 gün xidmət keçməsi haqqında qərar qəbul edib.
Məlumatlara əsasən, polis əməkdaşları təhlükəli sərhəd bölgələrinə xidmətə getməmək üçün müqavilələrinə xitam veriblər.
Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları, Gürcüstanla sərhədini Milli Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası ilə dövlət sərhədini isə Daxili Qoşunların polisi qoruyur.
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi