Direktor və müəllim olmaq istəyənlərin nəzərinə! - Təlim başlayır
16:07 17 Oktyabr 2018
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin üçüncü mərhələsinə başlanılır.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.
Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, statistika və təhlil, maliyyənin idarəolunması, idarəetmənin hüquqi əsasları, eləcə də digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməyə qatılacaqlar. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.
Femida.az
Oxunub: 457
Oxşar xəbərlər
- Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb
- Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək
- Direktorların işə qəbulu imtahanlarının nəticələrinin təhlili açıqlanıb
- Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı
- Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
- Direktorların işə qəbulu üzrə test imtahanları başlayır
- Direktordan hicab qalmaqalına münasibət: Heç bir şiddət olmayıb
- Direktor olmaq istəyənlərin nəzərinə!
- Direktoru olmaq üçün 13 mindən çox namizəd müraciət edib
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilib