Bakının mərkəzində yol çökdü - FOTOLAR


16:41     17 Oktyabr 2018 18_10_17_1539780178.jpg


Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.

Femida.az oxu.az-a istinadən xəbər verir ki, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, küçədə eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb:

“Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.

Hazırda əraziyə dəymiş ziyanın məbləği hesablanır.

MMC-nin icraçı direktoru Nuran Həsənzadə isə deyib ki, yaşayış binasının tikintisi zamanı yolboyu səki kənarında istinad divarları çəkilib. Onun sözlərinə görə, yolun çökməsi yağışın yağması ilə əlaqəlidir:

“Şirkət tərəfindən tikinti boyunca istinad divarı çəkilib. Fikrimizcə, piyada səkisinin çökməsi yağış sularının borular vasitəsilə axıdılması və müəyyən qədər torpağı yumasıdır. Nəticədə bu cür hadisə baş verib”.











Femida.az

Açar sözlər: #Bakı   #yol   #bina   #sürüşmə   #hadisə  

Oxunub: 736