Metropolitendə tələbələrlə görüş keçiriləcək


17:13     17 Oktyabr 2018 metro-logo.png

“Bakı Metropoliteni” QSC-də işçilərin sosial maraqlarını ehtiva edən layihələr sırasına daha biri əlavə olunur.

“Bakı Metropoliteni” QSC-dən Femida.az-a verilən məlumata görə, 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş növbəti belə tədbir çərçivəsində
metropolitençilərin 500 və daha yüksək balla ali məktəblərə daxil olmuş övladları ilə görüş keçiriləcək. Məqsəd metropolitençi ailələrində yetişən gənc nəslin nümayəndələri arasında təhsilə, elmə marağı təşviq etmək, onlara stimul vermək, həvəsləndirməkdir.

Yüksək balla tələbə adını qazanmış 26 abituriyentin və onların valideynlərinin dəvət olunduğu tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi, "Bakı Metropoliteni" QSC-nin və Metroproliten
İşçiləri Həmkarlar İttifaqının rəhbər işçiləri iştirak edəcəklər. Görüş oktyabrın 18-də saat 16:00-da "Bakı Metropoliteni" QSC-nin texnoloji korpusunda (Mikayıl Rəfili küçəsi, 20) təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 467