Krımda kollecdə terakt: 18 nəfər öldü


17:25     17 Oktyabr 2018 18_10_17_1539782753.jpg


Krımın Kerç şəhərində Politexnik kollecində partlayış olub. İlkin açıqlamaya əsasən, hadisəyə qaz balonunun partlaması səbəb olub.

Femida.az xəbər verir ki, partlayış nəticəsində 18 nəfər ölüb, 50 nəfər yaralanıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib. Onun sözlərinə görə, prezident Vladimir Putinə hadisə ilə bağlı məlumat verilib.

Krımın Milli Antiterror Komitəsi isə hadisənin terror aktı olduğunu açıqlayıb. Belə ki, Kerç kollecinin binasında partlayıcı qurğu işə düşüb, ardınca isə kollecin 4-cü kurs tələbəsi Vladislav Roslyakov silahla otaqdakı tələbələrə atəş açıb.

Roslaykov hadisədən sonra binanın ikinci mərtəbəsində intihar edib.

Qeyd edək ki, buna bənzər hadisə 2010-cu ildə Azərbaycanda da baş vermişdi. Fərda Qədirov adındakı Gürcüstan vətəndaşı Dövlət Neft Akademiyasının (indiki Neft və Sənaye Universiteti) binasına silahlı basqaın etmiş və nəticədə 13 nəfərin öldüyü açıqlanmışdı.



Femida.az

Açar sözlər: #Krım   #tələbə   #Rusiya   #terror   #ADNSU   #ADNA  

Oxunub: 3790