Vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı
18:32 17 Oktyabr 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
X.Cəfərovun vəkilləri vəsatətlə çıxış edərək bildiriblər ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib və buna görə də müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin.
Vəsatət təmin edilməyib. Məhkəmə baxışı oktyabrın 24-ə təyin edilib.
İttihama görə, X.Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir. X.Cəfərovun rəhbəri olduğu "Avro Qrand" şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nəqd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.
Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Femida.az
Oxunub: 430
Oxşar xəbərlər
- Vətəndaşların kart məlumatlarını ələ keçirən saxta bank əməkdaşlarından ibarət dəstə ifşa edilib
- Vətəndaşların pulunu ələ keçirən şəxslərin cinayət işi məhkəməyə göndərilib
- Vətəndaşları saxta yolla icazə portalından keçirən MMC rəhbəri saxlanılıb
- Vətəndaşlarımız Füzulidə minaya düşdü: Ölən və yaralı var
- Vətəndaşların pulunu mənimsəyən şəxsin işi məhkəməyə göndərildi
- Vətəndaşların NƏZƏRİNƏ: Kartların müddəti uzadılır
- Vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı
- Vətəndaşları karantin postlarından yayındıran “polis” tutuldu
- Vətəndaşları rüsvayedici məlumatlarla hədələyən ata və oğlu tutuldu
- Vətəndaşların şəxsi avtomobillərindən istifadə qaydası müəyyənləşdi - RƏSMİ