Futbolçu baş məşqçini döydü – Azərbaycanda


20:27     17 Oktyabr 2018 18_10_17_1539792192.jpg

Azərbaycan futbolunda daha bir şok olay yaşanıb.

Gəncənin "Kəpəz” komandasının baş məşqçisi Etibar İbrahimov döyülüb.

Gəncədəki mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, gənc çalışdırıcını "Kəpəz”in müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı çalışdırıcının Quliyevi ağır ifadələrlə təhqir etməsi olub. Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb.

Xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib. Hazırda söz-söhbətin böyüməməsi üçün müdafiəçi ilə baş məşqçinin münasibətlərinin qaydaya salınması üçün işlər aparılır.

Məlumat axşam saatlarında daxil olduğu üçün "Kəpəz”in mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənə bilmədik. Məsələyə qayıdacağıq və klubun mövqeyini oxucularımıza çatdıracağıq. Eyni zamanda da digər mənbələrdən hadisə ilə bağlı yeni bilgilər almağa çalışırıq.

Sport7.az

Açar sözlər:

Oxunub: 526