Putin, Makron və Merkel Türkiyəyə gedir


20:54     17 Oktyabr 2018 18_10_17_1539792824.jpg

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Azvision xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron arasında dörd tərəfli zirvə görüşü keçiriləcək.

Toplantının vaxtı hələlik məlum deyil. Ehtimal edilir ki, dövlət başçılarının görüşü yaxın vaxtlarda baş tutacaq.

Açar sözlər:

Oxunub: 553