Kəlbəcərdə "Sidney" qəsəbəsinin salınmasına XİN-dən münasibət
09:08 18 Oktyabr 2018
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "Sidney" adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir: "Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir".
Qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır:
"Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır".
Femida.az
Oxunub: 564
Oxşar xəbərlər
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Kəlbəcərdə atışma olub
- Kəlbəcərdə hərbçimiz minaya düşüb
- Kəlbəcərdə nəşi tapılan Azərbaycan hərbçisi Şirvanda dəfn olunacaq
- Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapılıb
- Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü - ölən var
- Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub
- Kəlbəcərdə qəza: 3 nəfər xəsarət alıb
- Kəlbəcərdə həlak olmuş zabit dəfn edilib