Badamdarda son vəziyyət - Torpaq qatı yola doğru irəliləyib


09:30     18 Oktyabr 2018 2018/02/bayil-1_1518782883.jpg

Badamdarda sürüşmə zonasında monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları idtiqamətində uçqunların artımı qeydə alınıb.

Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadir.

Femida.az

Açar sözlər:

Oxunub: 823