“Terror aktı Türkiyənin demokratik dəyərlərinə qarşıdır” - Mövlud Çavuşoğlu


01:16     11 Oktyabr 2015 010c18c610e8e3d4108c987d51eb91383.jpg

Ankarada törədilən terror aktı Türkiyənin demokratik dəyərlərinə qarşı yönəlib.


Femida.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, hakimiyyət terroristlərin həbs olunması üçün bütün tədbirləri görür.

M.Çavuşoğlu onu da qeyd edib ki, bu, terror aktı və təxribatdır.

Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.

Açar sözlər:

Oxunub: 750